Suriya ilə bağlı sülh müzakirələrinə ev sahibliyi etməyə hazırıq. Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
"Qazaxıstan müzakirədə iştirak edəcək bütün tərəfləri Astanada qəbul etməyə hazırdır. Dünən sizinlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla və İran Prezidenti Həsən Ruhani ilə danışdıq. Hər kəs həmfikirdir. Görüş üçün lazımi şərtləri yaradacağıq", - Nazarbayev bildirib.
Qeyd edək ki, Putin Yaponiya Baş naziri Şinzo Abe ilə görüşü zamanı Suriyadakı tərəflərin Astanada bir araya gəlməsi üçün Ərdoğanla razılıq əldə olduğunu qeyd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB