Mərakeşdə ağır yol qəzası baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Fes və Sidi-Kasem şəhərləri arasında qeydə alınıb. Məlumata əsasən, sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən aşıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. 15 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. Polis faktla bağlı araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB