Təyyarə qəzasında terror aktı istisna edilir

Təyyarə qəzasında terror aktı istisna edilir

Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğramasının səbəbləri arasında terror aktı istisna edilir. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.

"Qəzaya texniki nasazlıq, yaxud pilotun səhvi səbəb ola bilər. Terror aktı versiyası isə istisna edilir",- deyə agentlik yazıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə