Hindistanda keçirilən dini bayramda 40 nəfər xəsarət alıb

Hindistanda keçirilən dini bayramda 40 nəfər xəsarət alıb

Hindistanda dini bayramda yaranan izdihamda 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərbində, Sabarimala şəhərində qeydə alınıb. Bundan əvvəl 25 nəfərin xəsarət aldığı, üç nəfərin vəziyyətinin ağır olduğu bildirilirdi. Qeyd edək ki, Sabarimala şəhəri induistlərin ən iri dini mərkəzlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə