Dünən İsrailin neft emalı zavodlarının birində güclü partlayış baş verib. Axar.az xəbər verir ki, partlayışa yanacaq anbarındakı yanğın səbəb olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın və təcili tibbi yardım heyəti gəlib.Partlayış zamanı xəsarət alan olmayıb.
"Ölən və yaralanan yoxdur. Yanğınsöndürmə xidmətinin çoxlu sayda əməkdaşı yanğının yaxınlıqdakı obyektlərə yaxınlaşmasının qarşısını almağa çalışır",- zavodun sahibi olan "Oil Refineries – Bazan" şirkətindən verilən açıqlamada bildirilib. İsrailin Ətraf Mühit naziri Zeev Elkin baş vermiş hadisə ilə bağlı təcili toplantı çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB