Çilidə 5,4 maqnitudalı zəlzələ baş verib

Çilidə 5,4 maqnitudalı zəlzələ baş verib

Çilinin şimalında, Boliviya ilə sərhədin yaxınlığında 5,4 maqnitudalı zəlzələ baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Zəlzələnin ocağı İkike şəhərindən 147 km şərqdə, 114 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə