Qəzada ölənlərin siyahısı açıqlanıb

Qəzada ölənlərin siyahısı açıqlanıb

Rusiyanın Müdafiə Nazirliyi Qara dənizin Soçi şəhəri sahillərində qəzaya uğrayan "Tu-154" təyyarəsinin göyərtəsində olan sərnişinlərin siyahısını dərc edib. SİA-nın məlumatına görə, təyyarədə ümumilkdə 92 nəfər olub.

Onlardan 8 nəfəri heyət üzvü, digər 84 nəfəri sərnişin, eləcə də, 9 nəfəri jurnalist, 64 nəfəri isə "Aleksandrov adına Ansambl"ın artisti olub.

Artist və jurnalistləri Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinin nümayəndəsi kapitan Sergey Abrosimov müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə