Qəzaya uğrayan təyyarədə Birinci Kanalın və NTV-nin jurnalistləri də olub

Qəzaya uğrayan təyyarədə Birinci Kanalın və NTV-nin jurnalistləri də olub

Rusiya Müdafiə Nazirliyinin Soçidən havaya qalxdıqdan sonra Qara dəniz üzərində qəzaya uğrayan "Tu-154" təyyarəsinin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları, heyət üzvləri olub. İlkin məlumata görə, onlar Suriyanın Xmeymim aviabazasında olan rusiyalı hərbçilər üçün konsert proqramı ilə çıxış etmək məqsədilə yola düşüblər. Təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Laynerin qalıqları Anapa sahillərində tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə