ABŞ-ın Şimali Karolina ştatının Uilson dairəsindəki evlərdən birində meydana gələn atışma zamanı dörd nəfər həlak olub. Bu barədə CBS North Carolina telekanalı məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, xəbəri yerli polis idarəsindən təsdiqləsələr də, atışmanın səbəbləri və digər təfərrüatlar barədə məlumat verməyiblər.
Hazırda hüquq mühafizə işçiləri ölənlərin şəxsiyyətini müəyyənləşdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB