Filippində katolik kilsəsinin qarşısında baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. "RİA Novosti"nin verdiyi xəbərə görə, insident Mindanao adasında yerləşən Midsayap şəhərində baş verib. Partlayış nəticəsində 11 dindar və 1 polis əməkdaşı xəsarət alıb. Yaralananlardan birinin vəziyyəti pisdir. Polisin məlumatına görə, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə ediblər. Partlayış polis maşınını yararsız hala salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB