Polşa qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb
Polşa ASSM-ER tipli qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, kontraktın ümumi dəyəri 235 mln. dollar təşkil edir.
Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi "hava-yer" sinfinə aid JASSM-ER qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB