FTB ABŞ-da İŞİD-in terror hücumları barədə xəbərdarlıq yaydı

FTB ABŞ-da İŞİD-in terror hücumları barədə xəbərdarlıq yaydı

Federal Təhqiqatlar Bürosu (FTB) Milad günlərində ABŞ ərazisində İŞİD terrorçu qruplaşması tərəfindən terror aktlarının həyata keçirilməsi ehtimalı barədə xəbərdarlıq yayıb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"FTB bəzi onlayn yazılarda Amerika kilsələrinə qarşı hücumlar etmək barədə çağırışlardan xəbərdardır. Həmişə olduğu kimi, FTB vəziyyətə nəzarət edir və bu təhdidlərin nə qədər ciddi olduğunu araşdırır", - Büronun məlumatında bildirilir. Eyni zamanda, ABŞ Dövlət Departamenti, yüksək terror təhlükəsini əsas gətirərək, Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə