Çexiya vətəndaşı terrorçuluqda ittiham olundu

Çexiya vətəndaşı terrorçuluqda ittiham olundu

Prokuror İŞİD-ə qoşulmaq niyyətində olan Çexiya vətəndaşına qarşı terror aktı hazırlamaq ittihamı irəli sürüb. "Çexiya Radiosu" xəbər verir ki, bu cinayət müstəsna cəza tədbirini nəzərdə tutur ki, bu da Çexiya qanunvericiliyinə görə, ömürlük həbs cəzası ola bilər. Cinayət işi baxılması üçün Plzen diyar məhkəməsinə verilib. KİV-lərin "Yan S." adlandırdığı müttəhim 2016-cı il fevralın 5-də İstanbul aeroportunda Türkiyənin hakimiyyət orqanları tərəfindən saxlanılıb. O, "İslam Dövləti" silahlılarının nəzarət etdiyi əraziyə gedib çıxmaq üçün sərhəddə yerləşən şəhərə uçmağa cəhd göstərib. Daha sonra ölkəsinə göndərilən çexiyalı 2016-cı ilin iyulundan həbsdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə