Liviya təyyarəsini qaçıranlar təslim olub

Liviya təyyarəsini qaçıranlar təslim olub

Liviya təyyarəsini qaçıran şəxslər Maltanın hakimiyyət orqanlarına təslim olublar. Bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.

Baş nazir bildirib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər. Bundan əvvəl isə təyyarəni qaçıran şəxslər sərnişinləri sərbəst buraxmışdılar.

Xatırladaq ki, qaçırılmış təyyarə Maltada yerə enmişdi. Liviyanın Afriqiyah Airways aviaşirkətinə məxsus Airbus A320 təyyarəsi Sabxa şəhərindən Tripoliyə uçurdu. İlkin məlumata görə, təyyarənin göyərtəsində 111 sərnişin və 7 ekipaj üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə