Yaponiyada doğum səviyyəsi kəskin azalıb

Yaponiyada doğum səviyyəsi kəskin azalıb

Yaponiya Səhiyyə Nazirliyinin proqnozlarına görə, cari ildə ölkədə yeni doğulan körpələrin sayı 1 milyondan az olacaq. Bu, həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Nazirliyin proqnozuna görə, Yaponiyada cari ildə 981 min körpə dünyaya gələcək.

Eyni zamanda, cari ilin proqnozlarına görə, Gündoğar ölkədə 1 milyon 300 min insan dünyasını dəyişəcək. Bu, artıq 10 ildir ki, Yaponiyada əhalinin sayının ardıcıl şəkildə azalması deməkdir.

Ötən il Yaponiyada 1 milyon 5 min körpə doğulub və bu, son 5 ildə ilk dəfə artım kimi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə