Hollivud aktyoru: Putin səbirli, ağıllı, güclü birinə bənzəyir

Hollivud aktyoru: Putin səbirli, ağıllı, güclü birinə bənzəyir

Hollivud aktyoru Dolf Lanqren Rusiyaya köçmək barədə danışıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor ABŞ-da yeni seçilmiş prezidentin ölkə üçün fəlakət gətirəcəyini düşünür. Dolf bildirib ki, əgər ölkədə vəziyyət dəyişsə, o, Rusiyaya köçmək barədə qərar verəcək.

"Düzdür, mənim siyasətdən o qədər də başım çıxmır. Amma Rusiya prezidenti Vladimir Putin səbirli, ağıllı, güclü birinə bənzəyir. Bir də onun həmişə bir planı olur", - deyə aktyor qeyd edib.

Xatırladaq ki, Lanqren Rusiya vətəndaşı olmaq istəyən yeganə məşhur deyil. Bundan əvvəl Jerar Departye və Stiven Siqal da bu ölkənin vətəndaşlığını qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə