Dünən Kabildə naməlum silahlılar tərəfindən Əfqanıstan parlamentinin üzvü Mir Vəlinin evinə silahlı basqın edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində deputatın iki nəvəsi və iki mühafizəçisi öldürülüb. Qelmend əyalətindən deputat seçilən Mir Vəlinin özü zərər çəkməyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB