Türkiyədə yenə partlayış oldu: 3 nəfər saxlanıldı

Türkiyədə yenə partlayış oldu: 3 nəfər saxlanıldı

Türkiyənin İzmir şəhərinin Buca mahalında partlayış baş verib. Axar.az xəbər verir ki, Bucada iki bombanın partladılması nəticəsində iki avtomobil yararsız hala düşüb. Hadisə ilə bağlı üç nəfər polis tərəfindən saxlanılıb. Şübhəli şəxslər İzmir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb. Partlayış zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə