Öldürülən səfirin türk bərbəri: "O, sakit təbiətli insan idi"

Öldürülən səfirin türk bərbəri: "O, sakit təbiətli insan idi"

Təxminən iki il cangüdənsiz, təkcə həyat yoldaşı Marina Karlova ilə gəlib-gedərdi. Axar.az xəbər verir ki, bu sözləri dünən Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun bərbəri Alpər Qocaoğlu mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, mərhum səfir təbiətcə çox sakit insan olub:

"Təxminən iki il cangüdənsiz, təkcə həyat yoldaşı Marina Karlova ilə gəlib-gedərdi. Andrey bəy çox sakit təbiətli insan idi. Türk dilini o qədər də yaxşı bilmədiyi üçün çox vaxt xanımı ilə danışardıq, o da tərcümə edərdi. Marina xanım türk dilini səlis bilirdi. Hadisəni eşidəndə çox üzüldüm".

Bütün xəbərlər Facebook səhifəmizdə