Qriqori Karasin fransalı diplomatla Qarabağ münaqişəsini müzakirə edib

Qriqori Karasin fransalı diplomatla Qarabağ münaqişəsini müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransa Xarici İşlər Nazirliyinin siyasi və təhlükəsizlik məsələləri baş direktoru N. de Riveyrlə görüşüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Rusiya-Fransa XİN-lərarası məsləhətləşmələr çərçivəsində baş tutub.

Görüşdə Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə