Ruhaninin İrəvana səfər tarixi açıqlanıb RƏSMİ

Ruhaninin İrəvana səfər tarixi açıqlanıb RƏSMİ

İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Tasnim agentliyi Ruhaninin mətbuat katibi Pərviz İsmailə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, səfər çərçivəsində iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir. Həmçinin, Ermənistan-İran ticarət əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunacaq. Biznes forumunun da keçirilməsi nəzərə tutulub.

Ruhani İrəvandan sonra Qazaxıstan və Qırğızıstana gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə