Ermənistan iflas həddində

"Ermənistanın xarici borcu 6 milyard dollara yaxınlaşır, buna baxmayaraq ölkə yeni borc toplamaqda davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətinin nümayəndələrinin sərvəti artacaq". SİA-nın məlumatına görə, bu barədə "1in.am" saytı yazıb. Saytın məlumatına görə, ölkənin artan borcu vətəndaşın cibindən ödəniləcək. Belə ki, Ermənistan höküməti bu borcu vətəndaşların ödədiyi vergilər əsasında formalaşan büdcədən ödəyəcək. Xarici borc artdıqca dövlət daha az məhsul istehsal etməyə başlayacaq. Məhsul istehsalı azaldıqda isə defolt(borc öhdəlikləri üzrə ödənişləri icra edə bilməmək) elan edilə bilər ki, belə olanda isə vətəndaşların üzərinə daha ağır vergi yükü düşəcək. Məqalədə qeyd edilib ki, hökumət vətəndaşın cibində olan pulun qısa müddətdə ələ keçirməyə çalışır: Əgər 2017-ci ildə Ermənistanın xarici borcu 6 milyard dollara çatarsa, bu, o demək olacaq ki, Ermənistanın yarısı artıq ona məxsus deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə