İrkutskda zəhərlənərək xəstəxanaya gətirilən şəxslərdən 8 nəfəri ölüb

İrkutskda zəhərlənərək xəstəxanaya gətirilən şəxslərdən 8 nəfəri ölüb

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərləndiyi ehtimal edilərək xəstəxanaya gətirilən şəxslərdən 8 nəfər ölüb, 10-nun müalicəsi davam edir.

TASS agentliyi xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi həmin şəxslərin yemişan məhlulu içdiklərinin üzə çıxdığı barədə məlumat yayıb.Hazırda polis və təhqiqatçılar spirtli içkilərin kütləvi satıldığı ticarət obyektlərində yoxlama aparır, şahidləri müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə