İranın birinci vitse-prezidentinin Türkiyəyə səfəri təxirə salındı

İranın birinci vitse-prezidentinin Türkiyəyə səfəri təxirə salındı

İranın birinci vitse-prezidenti İshaq Cahangirinin bu gün Türkiyəyə gözlənilən səfəri təxirə salınıb. Axar.az xəbər verir ki, Ankarada baş tutacaq gələcək görüşün tarixi bildirilməyib.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə Baş naziri Binəli Yıldırım adıçəkilən İran rəsmisi ilə telefon əlaqəsi zamanı Hələbdəki vəziyyəti müzakirə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə