Yaponların 54 faizindən çoxu Putinin səfərinə neqativ baxır

Yaponların 54 faizindən çoxu Putinin səfərinə neqativ baxır

Yaponların 54 faizindən çoxu Rusiya lideri Vladimir Putinlə Yaponiya Baş naziri Şinzo Abe arasında baş tutan görüşü neqativ dəyərləndirib. Bu barədə Yaponiyanın "Kiodo" agentliyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Yaponiya vətəndaşlarının 54.3 faizinin müzakirəni neqativ, 38.7 faizinin isə müsbət dəyərləndirdiyi bildirilib. Lakin sorğuda iştirak edənlərin sayı göstərilməyib. Qeyd edək ki, Putin dekabrın 15 və 16-da Yaponiyada rəsmi səfərdə olub. Tərəflər "Yaponiya-Rusiya biznes dialoqu"da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə