92 yaşlı Robert Muqabe yenə prezident olmaq istəyir

92 yaşlı Robert Muqabe yenə prezident olmaq istəyir

Zimbabvedə hakim partiya 92 yaşlı ölkə başçısı Robert Muqabenin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. "Frans Press"in verdiyi xəbərə görə, Muqabenin namizədliyi partiyanın Masvinqo şəhərində keçirilmiş toplantısında yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısıdır. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir. Qeyd edək ki, Zimbabve 1980-ci ildə özünü müstəqil elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə