Bu gün Moskvanın "Domodedovo" hava limanından havaya qalxmış kiçik həcmli alman təyyarəsinin pilotu havada olarkən huşunu itirib.
"İnterfaks" agentliyinin yaydığı xəbərə görə, təyyarənin ekipajı dərhal yerlə əlaqə saxlayıb və "Domodedovo"ya geri qayıdıb. Təyyarəni uçuş-eniş zolağında təcili tibbi yardım maşını qarşılayıb. Lakin pilotu xilas etmək mümkün olmayıb, o hava gəmisi yerə enənə qədər dünyasını dəyişibmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB