Papua Yeni Qvineyada 7.9 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb. Zəlzələ ocağının Yeni İrlandiya adasının Taron şəhərindən 46 km şərqdə, 103 km dərinlikdə qeydə alındığı bildirilib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Bölgədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB