"Kraliçanın heyvanları" adlı kolleksiya sikkələri buraxılır

"Kraliçanın heyvanları" adlı kolleksiya sikkələri buraxılır

Böyük Britaniyanın Kral sikkəxanası "Kraliçanın heyvanları" adlı ən məşhur sikkə dəstlərindən birinin kolleksiya versiyasının buraxılışına başlayıb. "Banks.eu" saytı xəbər verir ki, yaxın illərdə zərbxana yüz illər boyu Böyük Britaniya Kralının simvolunda yer alan heyvan rəsmlərinin təsvir olunduğu 10 sikkə buraxacaq. Seriyanın ilk sikkəsinin reversində taclı şir, ənənəvi olaraq sikkənin aversində Kraliça II Yelizavetanın profil şəkli təsvir ediləcək. Sikkənin dizayneri Son Klarkdır. Xatirə sikkələrini Kral sikkəxanasının şöbəsindən əldə etmək olar. Sikkənin qiyməti 85 funt-sterlinqdən 50 min funt-sterlinqə qədər dəyişir.

Qeyd edək ki, XII əsrdən etibarən şir rəsmi hər bir Britaniya monarxının gerbində təsvir olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə