Türkiyə DİN rəhbəri: Kayseridəki partlayışla bağlı 7 nəfər saxlanılıb
Dekabrın 17-də Türkiyənin Kayseri şəhərində baş vermiş qanlı terror aktı ilə əlaqədar təhqiqatlar davam etdirilir. Hazırda 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Beş nəfərin isə axtarışları davam etdirilir. Anadolu Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu verdiyi açıqlamada məlumat verib.
Terror aktı nəticəsində 13 əsgərin həlak olduğunu bildirən S.Soylu deyib ki, onlardan 8-nin şəxsiyyəti artıq müəyyənləşdirilib. Yaralananların sayı 56-ya çatıb. Onlardan vəziyyətləri ağır olan 12-si reanimasiyadadır. Dörd nəfər isə komadadır. Xatırladaq ki, dekabrın 17-də səhər saatlarında Kayseri şəhərində bomba yüklənmiş avtomobil içərisində mülki geyimli hərbçilərin olduğu bələdiyyə avtobusunun yanında partladılıb. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB