Səudiyyə Ərəbistanı ABŞ-a münasibətdə öz "maliyyə strategiyası"nı yenidən nəzərdən keçirmək və Birləşmiş Ştatların iqtisadiyyatına investisiya yatırmaqdan imtina etmək niyyətindədir. SİA-nın məlumatına görə, bu barədə Wall Street Journal yazıb.
Nəşrin xəbərinə görə, rəsmi Ər-Riyadın bu qənaətə gəlməsi iki səbəblə bağlıdır: "ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsinə əsasən 11 sentyabr 2001-ci il terrorunun qurbanlarının ailələri Səudiyyə Ərəbistanına qarşı iddia qaldıra bilər, digər tərəfdən seçilmiş prezident Donald Tramp da bu qətnamənin tərəfdarıdır".
Səudiyyə Ərəbistanının suveren fondu Vaşinqtonun Ər-Riyada qarşı gələcək siyasəti müəyyənləşməyənə qədər ABŞ iqtisadiyyatına investisiya qoyuluşunu dayandırıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Konqresi 11 sentyabr terror qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanına qarşı məhkəmədə iddia qaldırılmasını təmin edən qanun qəbul etmişdi. Prezident Barak Obama qeyd edilən qanun layihəsinə veto qoyub, lakin Senat 1 səs əleyhinə, 97 səs lehinə olmaqla vetonu aradan qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB