Çilinin iqtisadiyyat və turizm naziri Luis Felipe Sespedes İdxalçılar və İxracatçılar Birliyinin təşkil etdiyi şam yeməyinə qatılıb. Tədbir təşkilatçıları tərəfindən səhnəyə dəvət edilən qonaq nazirə şişmə qadın (hava ilə doldurulan) hədiyyə edilib.
Hədiyyədən məmnun qalan cənab nazirin gülümsəyərək kameralara dəfələrlə poz verməsi ölkədə böyük səs-küy yaradıb. Belə ki, təqdim olunan oyuncaq hədiyyənin ağzına yapışdırılan kartda "İqtisadiyyatın canlandırılması üçün" deyə, bir mesaj yazılıb.
Rusiyanın Today.com-a istinadən verdiyi məlumata görə, nazirin xoşagəlməz fotoşəkillərinin ictimai mediada yayılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, istifadəçilər vəziyyəti "utanc verici" və "bütün Çiliyə təhqir" olaraq şərh edib.
Çili prezidenti Mişel Baçelet də hadisəyə biganə qalmayıb. "Bütün qadınlara hörmətlə yanaşmaq, mənim idarəçiliyimdə təməl prinsiplərdən biridir. O gecə olanlar qəbul edilə bilməz" deyə, ölkə prezidenti atdığı bir "tweet"lə sərt reaksiya göstərib.
Sərt reaksiyalarla qarşılaşan nazir mətbuat konfransı təşkil edərək, "Qafil anlandım ki, verdiyim reaksiya mənə uyğun deyil" deyərək, insanlardan üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB