Hizbullah İŞİD-ə qarşı vuruşmaq üçün Suriyaya ordu göndərib

Hizbullah İŞİD-ə qarşı vuruşmaq üçün Suriyaya ordu göndərib

Hizbullah Palmiranın İŞİD-dən azad edilməsi üçün Suriyaya böyük sayda hərbi qüvvə göndərib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Əl Məsdər" portalı özünün etibarlı mənbələrinə istinadən yayıb. Hizbullah döyüşçüləri T-4 aviabazasına toplaşıblar.

Qeyd edək ki, Livan Hizbullahı Suriya hakimiyyətinin əsas müttəfiqlərindən biri sayılır. Bu təşkilat Avropa, ABŞ və İsraildə terror təşkilatı kimi tanınır. Livanda böyük dayağa sahib olan Hizbullah əsas dəstəyini İrandan alır.

Bütün xəbərlər Facebook səhifəmizdə