ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. Associated Press agentliyinin yaydığı məlumata görə, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib. Xarici informasiya agentliklərindən SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Ştatların qanunlarına görə, bu müddətədək Prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin Prezident bunların heç birini etməyib. Buna görə də sənəd avtomatik olaraq qanun qüvvəsinə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB