Ermənistanın fövqəladə hallar naziri ölüb

Ermənistanın fövqəladə hallar naziri ölüb

Ermənistanın fövqəladə hallar naziri Armen Eritsyan ölüb. Bu barədə Ermənistan mediasına "Nairi" Tibb Mərkəzinin anesteologiya və reanimasiya xidmətinin rəhbəri Anatoli Qnuni məlumat verib.

Məlumata görə, erməni nazir tibb mərkəzinə elə bu gün huşsuz vəziyyətdə gətirilibmiş. 1960-cı ildə İrəvanda anadan olan, 24 fevral 2016-cı ildən fövqəladə hallar naziri təyin olunan Eritsyanın ölüm səbəbləri rəsmən açıqlanmasa da, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə xəbərlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə