Bu gün Özbəkistanın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək
Özbəkistanın yeni prezidenti Şövkət Mirziyayevin bu gün andiçmə mərasimi keçiriləcək. Bu barədə Trend-ə Özbəkistan Parlamentindən məlumat verilib. Mərasim Parlamentin hər iki palatasının birgə iclasının gedişatında baş tutacaq.
Qeyd edək ki, bu il sentyabrın 2-də Özbəkistanın keçmiş prezidenti İslam Kərimov insultdan dünyasını dəyişib. Bu səbəbdən ölkədə dekabrın 4-də növbədənkənar prezident seçkiləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB