Avropa İttifaqı yapon şirkətlərini cərimələyəcək

Avropa İttifaqı yapon şirkətlərini cərimələyəcək

Avropa İttifaqının (Aİ) rəsmi nümayəndələrinin bildirdiyinə görə, elektrik məhsulları sahəsində tanınmış üç böyük yapon şirkəti litium-ion batareyalarının yüksək qiymətinin saxlanması məqsədilə monopoliya razılaşmasına getdiyinə görə cərimə olunacaq. Onlar qeyd ediblər ki, bu şirkətlər planşet kompüterlərdə və smartfonlarda istifadə edilən batareyaların qiymətində manipulyasiyaya yol veriblər.

Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumatda bildirilir ki, Sony, Panasonic və Sanyo şirkətləri 2004-2007-ci illərdə kartel danışıqlarda əlbir olaraq Aİ tərəfindən müəyyən olunmuş antimonopoliya qaydalarını pozublar.

Həmin əməliyyata görə Sony 30 milyon, Panasonic 39 milyon, Sanyo isə 97 milyon avro cərimə ödəməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə