"PKK Almaniyanın terror siyahısında yer alır". Axar.az xəbər verir ki, bu sözləri Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Yohannes Dimroz jurnalistlərə açıqlamasında deyib. "PKK Almaniyada terror qruplaşmasıdır və ora üzvlük cinayət xarakteri daşıyır. Ölkədə PKK üzvləri ilə bağlı geniş araşdırma aparılır. Sonuncu dəfə bir DHKP-C üzvü saxlanılıb", - Dimroz bildirib.
Qeyd edək ki, Almaniyanın bir sıra media orqanları İstanbulun Beşiktaş rayonunda baş verən qanlı terror hücumuna haqq qazandıran məqalələr və geniş araşdırma yazılarla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB