Dünən Nyu-Yorkda BMT-nin yeni baş katibi Antoniu Quterreşin andiçmə mərasimi keçirilib. Reuters agentliyinin verdiyi xəbərə görə, BMT Baş Assambleyasi bu gün Antoniu Quterreşin baş katib vəzifəsinə təsdiq edib. Təşkilatın sayca doqquzuncu rəhbəri 2017-ci il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. BMT-nin baş katibi seçildikdən sonra A.Quterreş bir sıra ölkə paytaxtlarına, o cümlədən London, Paris, Pekin, Vaşinqton və Moskvaya səfərlər edib.
Qeyd edək ki, Antoniu Quterreşin 1995-2002-ci illərdə Portuqaliyanın baş katibi, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı vəzifələrində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB