Ərdoğanın bu fotosu ən yaxşılar arasında

Ərdoğanın bu fotosu ən yaxşılar arasında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkili 2016-cı ilin ən yaxşı fotolarından biri seçilib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilin ən yaxşı fotolarını "Associated Press" (AP) agentliyi seçib. Agentlik Ərdoğanın 15 iyul dövlət çevrilişinə cəhd zamanı öldürülən "Yenişafak" qəzetinin əməkdaşı Mustafa Cambaz, "Aret" agentliyinin sahibi Erol Olçak və Abdullah Olçakın cənazəsi zamanı çəkilən şəklini ən yaxşılar sırasına daxil edib. Ərdoğan cənazə zamanı göz yaşlarına hakim ola bilməyib. 53 yaşlı Erol Olçakla bərabər oğlu 16 yaşlı Abdullah Olçok da həmin hadisələr zamanı öldürülüb.

Mustafa Cambaz da 15 iyul hadisələri zamanı etiraz məqsədi ilə küçəyə çıxdığı üçün güllələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə