İran polisi ölkənin Bəlucistan əyalətində narkotik maddə qaçaqmalçılarına qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində 832 kiloqram heroin müsadirə edilib. Əyalətin polis idarəsinin yaydığı məlumata görə, Əfqanıstandan gələn yük maşını yoxlanılıb və külli miqdarda narkotik maddə aşkar edilib.
Xatırladaq ki, İran narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Əfqanıstandan Avropaya daşınmasında tranzit rolunu oynayır. Əfqanıstanla 900 kilometr ümumi sərhədə malik olan İran narkotik maddələrin qaçaqmalçılığının qarşısını tamamilə almaq üçün mübarizəni davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB