Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, İstanbulun Beşiktaş rayonunda baş verən terror aktına görə Ərdoğana başsağlığı verən Merkel Almaniyanın Türkiyəyə dəstək olduğunu bildirib. Terror aktından dərin sarsıntı keçirdiyini ifadə edən kansler Ərdoğana və onun simasında bütün türk xalqına başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB