Misir açıqladı:Terror aktında 23 nəfər ölüb, 49 nəfər yaralanıb

Misir açıqladı:Terror aktında 23 nəfər ölüb, 49 nəfər yaralanıb

Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 49 nəfər yaralanıb. RİA Novosti agentliyinin xəbərində deyilir ki, bu barədə Misir Səhiyyə nazirliyinin yeni məlumatında bildirilir. Bundan əvvəl müxtəlif KİV-lər 28 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdilər. Misir prezidenti Əbdülfəttah əs-Sis terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Təkcə Qahirədə 163 kopt kilsəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə