Putin Ərdoğana söz verdi: Onlar cəzasız qalmayacaq

Putin Ərdoğana söz verdi: Onlar cəzasız qalmayacaq

Rusiya Prezidenti Vladimir Putin İstanbulda baş verimiş terror hadisəsilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Axar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Putin terror hadisəsini alçaqçasına edilmiş cinayət adlandırıb və əminliklə bildirib ki, onu törədənlər və sifarişçilər cəzasız qalmayacaq.

Rusiya prezidenti terror zamanı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə