Neft yüklü maşın qəza törətdi, 40 nəfər öldü
Keniyada neft yüklü maşınının mikroavtobus və minik avtomobilləri ilə toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Hadisə paytaxt Nayrobidən 80 km uzaqda şosedə baş verib.
Qəza nəticəsində mikroavtobus da daxil olmaqla, 12 nəqliyyat vasitəsi yanıb. Ölənlər arasında 3 polis əməkdaşı var.
Yük maşınının Uqandaya neft apardığı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB