Süleyman Soylu: İstanbulda partlayış nəticəsində 20 polis işçisi yaralanıb [YENİLƏNİB]
İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) törədilən iki partlayış nəticəsində 20 polis əməkdaşı yaralanıb. Bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Partlayış "Beşiktaş"-"Bursaspor" matçının bitməsindən saat yarım sonra çevik polis avtobuslarının yaxınlığında törədilib. Azarkeşlər arasında xəsarət alanların olmadığı bildirilir. Hadisə yeri polis tərəfindən əhatəyə alınıb. İstintaq orqanları araşdırmalara başlayıb.
Daxili işlər naziri Süleyman Soylu və səhiyyə naziri Rəcəb Akdağ Ankaradan İstanbula yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB