TƏCİLİ: İstanbulda güclü partlayış baş verib

TƏCİLİ: İstanbulda güclü partlayış baş verib

Təxminən yarım saat əvvəl İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında güclü partlayış baş verib. Daxili işlər naziri Süleyman Soylu hadisə nəticəsində 20-dək insanın yaralandığını bildirib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib.

Yerli KİV-lər stadionun yaxınlığında bomba yüklü avtomobilin partladıldığını xəbər verirlər. Türkiyənin Radio və Televiziya Baş İdarəsi (RTÜK) hadisə yerindən birbaşa yayıma qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə