Ərdoğan: Biz işğalçı deyilik, işğalçıların qarşısındayıq

Ərdoğan: Biz işğalçı deyilik, işğalçıların qarşısındayıq

Azad Suriya Ordusu (ASO) Əl-Baba girdi. Arxasında da komandoslarımız. Biz işğalçı deyilik, işğalçıların qarşısındayıq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurdda çıxışı zamanı deyib. Qeyd edək ki, dünən "Sputnik" agentliyi türk ordusunun dəstəklədiyi ASO-nun Əl-Baba girdiyi barədə xəbərlər yaymışdı. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə birləşmiş qüvvələrin şəhərə yaxınlaşdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə