Bolqarıstanda maye qaz daşıyan qatar qəzaya uğrayıb. Bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, qatar bu gün səhər saatlarında Şumen vilayətindəki Xitrino kəndi yaxınlığında relsdən çıxıb. Qatarda olan 26 sisterndən 23-ü maye qazla dolu olub və qəza nəticəsində onlardan bir neçəsi partlayıb. Hadisə nəticəsində 5 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı bildirilir. Hadisə yerində 150 yanğınsöndürmə maşını işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB