Suriyanın Əl-Bab şəhərində "Fərat qalxanı" əməliyyatı çərçivəsində 5 türk əsgəri yaralanıb. Axar.az xəbər verir ki, İŞİD terrorçuları ilə atışmada yaralanan hərbçilər helikopterlər vasitəsilə Kilis və Qaziantepdəki xəstəxanalara gətiriliblər. Qeyd edək ki, Türkiyə ordusu ASO ilə birlikdə Əl-Bab şəhərində əməliyyatları davam etdirir. İndiyədək şəhərin bir çox nöqtəsi terrorçulardan təmizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB